Türkiyənin Bursa şəhərində küçə ortasında dəhşətli anlar: Keçmiş nişanlısına silahlı hücum etdi! (Video İzlə)
Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Bu gün Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda dəhşətli hadisə baş verib. Hakan M. adlı şəxs, küçədə qarşılaşdığı keçmiş nişanlısı Asel Y.-ni silahla bacağından vurub. Hadisə Atatürk Bulvarı üzərində, İshakpaşa İlkokulunun qarşısında baş verib.Saat 12:30 radələrində küçədə təsadüfən qarşılaşan keçmiş nişanlılar arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda gərginləşib və Hakan M. cibindən çıxardığı tapança ilə Asel Y.-yə yaxın məsafədən atəş açıb. Güllə qadının sağ ayağına dəyib və o qan içində yerə yıxılıb.Hadisə bir iş yerinin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə şübhəlinin taksi dayanacağının qarşısında Asel Y. ilə danışdığı, daha sonra silah çıxarıb atəş açdığı və qaçaraq uzaqlaşdığı görünür. Hadisə ilk məktəb qarşısında baş verdiyi üçün uşaqlarını gözləyən valideynlər dərhal yaralıya kömək ediblər. Bir qadın yaralının ayağına tampon edərkən, digəri günəşdən qorumaq üçün şemsiye tutub.Hadisə yerinə təcili yardım və polis cəlb edilib. Asel Y. İnegöl Dövlət Xəstəxanasına aparılıb və səhhətinin stabil olduğu bildirilib. Polis qaçan şübhəlini tapmaq üçün araşdırmalara başlayıb.Polis Hakan M.-nin motivlərini araşdırır və hadisənin qəsdən törədilib-törədilmədiyini müəyyən etməyə çalışır. Təhlükəsizlik kameraları və şahid ifadələri araşdırılır.