Türkiyənin İrana təhvil veridyi əl-Əhvaziyyə terror qrupunun lideri Tehrana gətirilib
Türkiyə Kəşfiyyatının ölkə ərazisində həbs etdiyi və İrana ekstradisiya edilən separatçı əl-Əhvaziyyə terror qrupunun lideri istintaq üçün Tehrana gətirlib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.
Bildirilib ki, separatçı əl-Əhvaziyyə terror qrupunun lideri Həbib İsyud Tehrana gətirilib və barəsində məhkəmə hökmü ilə istintaq işinə start verilib.
Qeyd edək ki, əl-Əhvaziyyə qrupunun lideri 2018-ci ilin sentyabr ayında Əhvaz şəhərində hərbi parada hücumu təşkil edən əsas şəxslərdən biri hesab edilir. Bu hücumda onlarla mülki və hərbi şəxs ölmüş və yaralanmışdı. İran bu və oxşar qrupların ABŞ, İsail və Səudiyyə üçlüyü tərəfindən dəstəkləndiyini bildirir.