Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub

Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub

İraqın şimalındakı Naynava əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub.

“Report” xəbər verir ki, bu barədə İraqın “Shafaq News” xəbər portalı məlumat yayıb.

İraqın təhlükəsizlik qüvvələrindən olan mənbə xəbər portalına bildirib ki, fevralın 1-i səhər saatlarında hərbi bazaya təxminən 8 raket atılıb. Hazırda İraq təhlükəsizlik qüvvələri raketin buraxıldığı ərazinin axtarışına başlayıb.

Bu arada, İraq Kürdüstanının Terrorla Mübarizə İdarəsi iki raketin bazaya, qalanlarının isə onun hüdudlarından kənara düşdüyünü bildirib. Raket hücumu nəticəsində ölən və yaralanan olmayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =