Türkiyənin Trabzon şəhərində güclü yağış yolları su altında qoydu! (Video İzlə)

Türkiyənin Trabzon şəhərində güclü yağış yolları su altında qoydu! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Trabzon şəhərində səhər saatlarından etibarən başlayan güclü yağış şəhər həyatını iflic edib. Ortahisar və Beşirli kimi bölgələrdə yollar, evlər və iş yerləri su altında qalıb.

Trabzon Böyükşəhər Bələdiyyəsi açıqlamasında bildirib ki, şəhər daxilində 83 su basqını hadisəsi qeydə alınıb və 460 nəfərlik fövqəladə yardım qrupu suyun çəkilməsi üçün işlərə başlayıb.

Karşıyaka və Pazarkapı kimi bölgələrdə avtomobillər suyun içində qalıb, bəzi yollar tamamilə bağlanıb. Rögarların daşması nəticəsində trafikdə ciddi problemlər yaşanır.

Trabzon Böyükşəhər Bələdiyyəsi və AFAD komandaları su basan evlər və iş yerlərində təmizləmə işləri aparır. Sakinlərdən elektrik dirəklərinə yaxın olmamaları tövsiyə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 20 =