Türkiyənin XİN rəhbəri fələstinli həmkarı ilə telefon danışığı aparıb
Türkiyə xarici işlər naziri Hakan Fidan dünən gecə (7 iyun) Fələstinin baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirilib.
Danışıq zamanı sabah İstanbulda keçiriləcək Qəzza ilə bağlı D-8 Xarici İşlər Nazirləri Şurasının Fövqəladə Toplantısı və Fələstindəki son vəziyyət müzakirə edilib.