Türkiyəyə məxsus təyyarə təcili eniş etdi, 28 sərnişin qaçdı-Video

Türkiyəyə məxsus təyyarə təcili eniş etdi, 28 sərnişin qaçdı-Video

Mərakeşin Kasablanka şəhərindən İstanbula səfər edən sərnişin təyyarəsində qeyri-adi hadisə yaşanıb.

 “Reuters”in yaydığı məlumata görə, səfər zamanı hamilə qadının halı pisləşdiyindən təyyarə İspaniyanın Barselona şəhərində təcili eniş edib.

Təyyarənin Barselonaya eniş etməsinin ardınca təyyarədən enən 28 nəfər uçuş zolağı boyu qaçmağa başlayıb. Qaçanlar arasında halı pisləşdiyini iddia edən həmin hamilə qadın da olub.

İspaniya polisi sərnişinlərdən 14-nü saxlayıb. Məlum olub ki, qadının əslində halı pisləşməyib və həmin şəxslər əvvəlcədən əlbir olaraq İspaniyada miqrant olaraq qalmağı planlaşdırıblar.

“DailyMail”in məlumatına görə isə, saxlanılan 14 nəfərdən 5-i könüllü olaraq ölkələrinə geri dönməyə razı olub.

Bununla yanaşı, sözügedən təyyarənin Türkiyənin “Pegasus” aviaşirkətinə məxsus olduğu, göyərtəsində ümumilikdə 228 sərnişinin olduğu qeyd olunub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + sixteen =