Türkmənistan və Tacikistan üçün Azərbaycanın əhəmiyyəti – Zəngəzur dəhlizinin önəmi bundadır

Türkmənistan və Tacikistan üçün Azərbaycanın əhəmiyyəti – Zəngəzur dəhlizinin önəmi bundadır

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, Azərbaycan da Türkmənistanla Tacikistan arasında nəqliyyat layihələrinin icrasına maraq göstərir. Çünki həm Türkmənistan, həm də Tacikistan Xəzər üzərindən Avropaya Azərbaycan üzərindən çıxa bilərlər.

“Bu iki dövlət məhsullarını Bakı-Tbilisi-Qars dəmiryolu ilə çatdıra bilərlər. Azərbaycanın həm Türkmənistan, həm də Tacikistanla sıx münasibətləri var. Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl Tacikstana rəsmi səfəri zamanı ortaq layihələr müzakirə olunmuşdu.

Türkmənistanın Tacikistanla əlaqələri genişləndirməkdə başqa marağı da var. Türkmənistandan Çinə uzanacaq qaz boru xətti Tacikistandan keçəcək. Türkmənistan bu boru xətti ilə Çinə ildə 25-30 milyard kubametr qaz nəql etməyi planlaşdırır. Ancaq bu planın reallaşmasında problemlər mövcuddur. Boru xətti Tackistanın dağ ərazilərindən keçməlidir.

Çinin “CNPC” neft-qaz şirkəti 2014-cü ildə Tacikistan şirkəti ilə birgə müəssisənin yaradılmasıyla bağlı saziş imzalayıb. Ortaq şirkət Tacikistan ərazisində tikinti işlərini aparmalıdır. Şirkət uzunluğu 63 kilometr olan 42 dağ tuneli inşa etməliydi. Şirkət indiyənə qədər yalnız bir tunel inşa edib, işlər ləng gedir.

Bu durum Çini və Türkmənistanı narahat edir. Ona görə həm Aşqabad, həm də Pekin Tackistanı tələsdirməyə çalışırlar. Bu mövzu mayın 17 və 18-də işə başlayacaq “Çin-Mərkəzi Asiya” liderlərinin sammitində də müzakirə olunacaq. Çində keçiriləcək sammitdə Pekinin Mərkəzi Asiya ilə əlaqələrinin genişlnməsinə xüsusi diqqət ayrılacaq”,- deyə politoloq yekunlaşdırıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =