“Twitter” fələstinli fəallara qarşı addım atır
Eastnews.org-un verdiyi xəbərə görə, “Twitter” fələstinli fəalların rəsmi hesablarını dondurmağa başlayıb.
Bu barədə “Fələstinli Jurnalistlər Forumu” məlumat yayıb.
Məlumatda vurğulanır ki, İsrail rejiminin təzyiqləri səbəbilə “Twitter” rəhbərliyi bu addımı atıb.
Forum atılan bu addımı söz və ifadə azadlığına zidd adlandırırlar.