Üç ölkədən Lavrova QIRMIZI İŞIQ: plan alt-üst oldu
Publika.az xəbər verir ki, bu barədə Serbiyanın “Veçerne Novosti” qəzeti məlumat yayıb .
Nəşr qeyd edib ki, Rusiya xarici işlər nazirinin iyunun 6-7-də Serbiyaya planlaşdırılan səfəri “böyük suala” çevrilib, amma bunda rəsmi Belqradın günahı yoxdur.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin xarici siyasətdə beynəlxalq hüquq normalarına əməl etdiyini, rusofob və ya anti-Qərb kursuna yol vermədiyini bildirib. O əlavə edib ki, dünya durmadan dəyişir və Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat bunun birbaşa təsdiqidir.
O, müxtəlif ölkələrin köklü şəkildə fərqli istəklərindən xəbərdardır. Prezidentin fikrincə, Moskva Qərbin hökmranlığına son qoymaq istəyirsə, o, əksinə, öz mövqeyini qoruyub saxlamaq istəyir.
Publika.az