Üç rayonda uşaqların səyyar sosial reabilitasiyasına başlanılıb

Üç rayonda uşaqların səyyar sosial reabilitasiyasına başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Bakının daha üç rayonunda – Nizami, Sabunçu və Suraxanı rayonlarında sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqların səyyar formada sosial reabilitasiyası tədbirlərinə başlayıb.

ƏƏSMN-dən verilən məlumata görə, agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssislər qrupu həmin uşaqların yaşadıqları evlərə gedərək, onları sistemli şəkildə sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir. Uşaqlarda davranış pozuntuları, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya və həmyaşıdlarla ünsiyyət problemi və s. kimi halların reabilitasiyası aparılır.

Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunur. Layihə çərçivəsində psixoloji konsultasiyalar, həftədə beş dəfə reabilitasiya seansları, valideynlər üçün maarifləndirici təlim və seminarlar keçirilir.

Cari ilin iyun ayında başlanan layihə artıq paytaxtın 7 rayonunu (Səbail, Yasamal, Nərimanov, Binəqədi, Nizami, Sabunçu, Suraxanı) əhatə edir.

Xidmətdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin prosesin keçirildiyi rayonlar üzrə filiallarına müraciət edə bilərlər.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 13 =