Uçan taksi reallığa çevrildi

Uçan taksi reallığa çevrildi

Britaniyanın “Vertical Aerospace” şirkəti Avropada ilk dəfə açıq hava məkanında “uçan taksi”nin sınaq uçuşunu uğurla həyata keçirib.

Bildirilir ki, elektriklə işləyən “VX4” modelinin sınaq uçuşu İngiltərənin cənub-qərbində yerləşən Kotsuolds bölgəsində keçirilib.

Növbəti mərhələdə aparatın vertikal qalxma və kruiz rejiminə keçid imkanları test ediləcək.

Böyük Britaniyanın Nəqliyyat Nazirliyi “uçan taksi” texnologiyasını 2028-ci ilədək istifadəyə verməyi planlaşdırır.

VX4 dörd sərnişin daşıya bilir, 160 km məsafə qət etmə imkanına və 240 km/saat maksimal sürətə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =