Uçuşda yeni dövr: Ayaqüstü yerləri olan təyyarələr istifadəyə verilir

Uçuşda yeni dövr: Ayaqüstü yerləri olan təyyarələr istifadəyə verilir

Ayaqüstü yerləri olan təyyarələr 2026-cı ildə istifadəyə verilə bilər.

“Skyrider 2.0” oturacaq konsepsiyası ilə aşağı büdcəli aviaşirkətlər təyyarələr daha çox sərnişin daşıya biləcək.

2018-ci ildə İtaliyanın “Aviointeriors” şirkəti Hamburqda keçirilən “Aircraft Interiors Expo-2018” sərgisində aşağı büdcəli aviaşirkətlər üçün nəzərdə tutulmuş yeni oturacaq konsepsiyasını təqdim etmişdi.

Son məlumatlara əsasən, velosiped stilində, sərnişinlərin tam oturmadan — yarı-vertikal vəziyyətdə səyahət etdiyi bu yumşaq oturacaqlar təhlükəsizlik tələblərinə cavab verir və müvafiq qiymətləndirmədən keçib.

Bu oturacaqlar təyyarələrin sərnişin tutumunu 20% artıracaq və təxminən iki saatlıq uçuşlarda gələn ildən istifadəyə veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + twenty =