UEFA Avropa Liqası: “Qarabağ” beşinci pillədə qərarlaşıb

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb.
BAKU.WS yarışın rəsmi “X” hesabına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın da adıvar.
Belə ki, təmsilçimiz 5-ci pillədə qərarlaşır. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. “Ağdamlılar” keçirdiyi son 5 qarşılaşmanın dördündə qələbə qazanıb, birində məğlub olub.
BAKU.WS