UEFA bu bölgədə yarışların keçirilməsini qadağan etdi

UEFA bu bölgədə yarışların keçirilməsini qadağan etdi

Publika.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat verib.

Moldova çempionu “Şerif” Tiraspoldakı stadionunda avrokuboklarda çıxış edə bilməyəcək. Bu qərar Rusiya klublarının və komandalarının diskvalifikasiyası ilə bağlı əvvəlki qərarlara uyğun olaraq, eləcə də Ukraynadakı müharibə səbəbindən qəbul edilib. “UEFA İcraiyyə Komitəsi yarışların fasiləsiz keçməsi üçün ümumi məsuliyyət daşıyır ki, bura şəraitin tam spektri bunu tələb etdikdə müəyyən bölgələrdə matçların keçirilməsinə müvəqqəti mane olmaq vəzifəsi daxildir.

Çempionlar Liqasının birinci təsnifat mərhələsində oynayacaq “Şerif”ə, bölgədə oynama qadağası qüvvədə qaldığı müddətcə UEFA klub yarışlarında ev matçları üçün Dnestryanıdan kənarda alternativ oyun məkanları tapması təklif edilib”, – deyə UEFA-nın açıqlamasında qeyd edilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =