UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniya ilə 1-ci yer, İsveçrə isə Çexiya ilə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. İspaniyalılar səfər, isveçrəlilər ev qələbəsi ilə istəyinə çatıb. Çexiya isə A Liqasını tərk edib.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Səfərdə qolsuz bərabərliyə nail olan qonaqlar pley-offa adlayıb.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Qarşılaşma heç-heçə ilə yekunlaşıb.

4-cü qrupda səfərdə Norveçə qalib gələn Serbiya yığması həm A Liqasına, həm də pley-offa vəsiqə əldə edib. Qrupun digər matçında Sloveniya İsveçlə heç-heçə edərək, B Liqasındakı yerini qoruyub. Meydan sahibləri isə aşağı diviziona düşüb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni daha əvvəl təmin etmiş Yunanıstan seçməsi evdə Şimali İrlandiyanı məğlub edib. Kosovo doğma meydanda Kipri darmadağın edərək, C Liqasında qalıb. Qonaqlar isə sözügedən divizionu tərk edib.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

27 sentyabr

A Liqası

2-ci qrup

22:45. Portuqaliya – İspaniya – 0:1

Qol: Alvaro Morata, 88

22:45. İsveçrə – Çexiya – 2:1

Qollar: Remo Froyler, 29, Brel Embolo, 30 – Patrik Şik, 45

Xal durumu: İspaniya – 11, Portuqaliya – 10, İsveçrə – 9, Çexiya – 4

B Liqası

22:45. Ukrayna – Şotlandiya – 0:0

22:45. İrlandiya – Ermənistan – 3:2

Qollar: Con İqan, 18. Maykl Obafemi, 52. Robbi Breydi, 90+1 (pennalti) – Artak Daşyan, 71. Eduard Spertsyan, 73

Qırmızı vərəqələr: Ohanes Ambartsumyan, 89. Artak Daşyan, 90 (hər ikisi Ermənistan)

Xal durumu: Şotlandiya – 13, Ukrayna – 11, İrlandiya – 7, Ermənistan – 3

2-ci qrup

22:45. Albaniya – İslandiya – 1:1

Qollar: Ermir Lenyani, 35 – Mikael Anderson, 90+7

Qırmızı vərəqə: Aron Qunnarsson, 11 (İslandiya)

Xal durumu: İsrail – 8, İslandiya – 4, Albaniya – 2, Rusiya* – 0

4-cü qrup

22:45. İsveç – Sloveniya – 1:1

Qollar: Emil Forsberq, 42 – Benyamin Şeşko, 28

22:45. Norveç – Serbiya – 0:2

Qollar: Duşan Vlahoviç, 42. Aleksandar Mitroviç, 54

Xal durumu: Serbiya – 13, Norveç – 10, Sloveniya – 6, İsveç – 4

C Liqası

2-ci qrup

22:45. Yunanıstan – Şimali İrlandiya – 3:1

Qollar: Dimitris Pelkas, 14. Giorqos Masuras, 55. Petros Mantalos, 80 – Şeyn Leyveri, 18

22:45. Kosovo – Kipr – 5:1

Qollar: Florent Musliya, 22. Donat Rudani, 45+1. Elbasan Raşani, 47. Vedat Muriki, 52; 84 – Valenten Roberj, 81

Xal durumu: Yunanıstan – 15, Kosovo – 9,

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − eleven =