UEFA “Qarabağ” – “Omoniya” matçını fərqləndirdi
Publika.az xəbər verir ki, siyahıda Ağdamın “Qarabağ” klubunun Bakıda Kiprin “Omoniya” komandası ilə 2:2 hesablı heç-heçə etdiyi qrup mərhələsinin beşinci tur matçı da yer alıb. Oyunda 88-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Patrik Andradenin ikinci topu rəqibin qapısından keçirməsi və cəmi 2 dəqiqə sonra Xordi Qomesin meydanın mərkəzindən vurduğu qolla tarazlığı bərpa etməsi görüşün ən yadda qalan anı kimi təqdim olunub.
On oyun arasından ən yaxşısı azarkeşlərin səsverməsi ilə seçiləcək.
Publika.az