“Uimbldon 2023”ün mükafat fondu AÇIQLANDI: Rekord məbləğ

“Uimbldon 2023”ün mükafat fondu AÇIQLANDI: Rekord məbləğ

“Uimbldon”un təşkilatçıları 2023-cü ildə mükafat fondunun miqdarını açıqlayıblar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeni rekord olan məbləğ 44,7 milyon funt sterlinq təşkil edəcək, keçən illə müqayisədə mükafat fondu 11,2 faiz artırılıb. Kişilər və qadınların təkbaşına qalibləri hər biri 2,35 milyon funt-sterlinq, finalçılar isə 1,175 milyon funt-sterlinq alacaq.

Xatırladaq ki, Rusiya və Belarus tennisçiləri “Uimbldon”da neytral bayraq altında çıxış edəcəklər. Yarışlar iyulun 3-dən 16-dək keçiriləcək. 

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =