Ukrayna ABŞ-dan kasetli bombaları qəbul edib

Ukrayna ABŞ-dan kasetli bombaları qəbul edib

Ukrayna artıq ABŞ-dan kasetli bombaları qəbul edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Tavriya Müştərək Qüvvələr Hərəkatının komandiri, briqada generalı Aleksandr Tarnavski CNN-ə açıqlamasında bildirib.

 “Biz onları qəbul etmişik, onlardan hələ istifadə etməmişik, lakin onlar döyüş meydanında radikal dəyişiklik edə bilərlər. Düşmən həmçinin başa düşür ki, bu sursatı əldə edərək bizim üstünlüyümüz olacaq. Bu sursatın istifadəsinin mümkün olduğu əraziləri düşmən təslim edəcək”, – deyə general bildirib.

Tarnavski bunun çox güclü silah olduğunu, ondan istifadənin mümkün olduğu ərazilərin ali rəhbərlik tərəfindən qərarlaşdırılacağını deyib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 10 =