Ukrayna NATO-dan yardım istədi

Ukrayna NATO-dan yardım istədi

Publika.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən bildiriblər.

“Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti mülki əhaliyə təsir edə biləcək fərqli xarakterli genişmiqyaslı fövqəladə hallara hazırlaşır. Zəruri prosedurlara uyğun olaraq, Avro-Atlantik Təbii Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi fevralın 15-də Ukraynadan beynəlxalq yardım üçün müraciət alıb”, – deyə mətbuat xidmətindən bildiriblər.

Ukrayna həmçinin adı açıqlanmayan bəzi genişmiqyaslı fövqəladə hallarla mübarizə üçün NATO-dan təcili olaraq yüzdən çox yolsuzluq avtomobili, 760 motorlu şişmə qayıq, onlarla ağır tikinti texnikası, minatəmizləmə və radiokimyəvi kəşfiyyat avadanlığı, yanğınsöndürənlər və kimyəvi mühafizə qoşunları üçün on minlərlə xüsusi təchizat, müxtəlif diametrli 240 km yanğınsöndürən şlanqlar və 30 mobil xəstəxana tələbə edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + eleven =