Ukrayna Nazirlər Kabineti binasında qumbara partladacağını söyləyən şəxs saxlanılıb
Ukrayna Nazirlər Kabinetinin binasında qumbara partladacağını söyləyən şəxs saxlanılıb.
Bu barədə yerli televiziya məlumat yayıb.
Daha əvvəl insidentlə bağlı polisin hökumət binasında əməliyyat keçirdiyi xəbər verilirdi.
“Kiyevdə polisin xüsusi əməliyyatı keçirilib. Hazırda şübhəli ilə danışıqlar aparılır”, – məlumatda deyilir.
Qeyd olunurdu ki, könüllü təslim olmaqdan imtina edilərsə, ona qarşı “qanunla müəyyən edilmiş polis tədbirlər” tətbiq ediləcək.
Hadisə yerinə partlayıcı üzrə mütəxəssislər cəlb edilmişdi.
Salamnews