Ukrayna ordusunda yeni “Bayraktar” peyda oldu – FOTO

Ukrayna ordusunda yeni “Bayraktar” peyda oldu – FOTO

Ukraynanın Kiyev vilayətində Kinologiya mərkəzində düşmənin hücumlarını qabaqcadan görməyə qadir olan it peyda olub.

Alman çoban iti müharibənin başlamasına bir neçə ay qalmış dünyaya gəlib.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Telegram”da məlumat verib:

“O, asayiş keşikçilərinin əsl talismanına çevrilib. İt düşmənin yaxınlaşmasını hiss edir və partlayışlar eşidilməyə bir neçə dəqiqə qalmış səs-küy salır. Döyüş bitənə qədər dayanmır, təcavüzkarla qarşıdurmada polislərə və hərbçilərə dəstək verir”.

Ukraynalı hərbçilər müharibədə onlara yardımçı olan dördayaqlıya simvolik olaraq “Bayraktar” adı veriblər.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =