Ukrayna qüvvələri Rusiyanın motoatıcı briqadasının bölməsini məhv edib

Ukrayna qüvvələri Rusiyanın motoatıcı briqadasının bölməsini məhv edib

Ukraynanın desantçıları Rusiya Silahlı Qüvvələrinin Tomsk şəhərindən olan 21-ci Qırmızı Bayraqlı qvardiyaçı Omsk-Novobut motoatıcı briqadasının bölməsini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-həmlə qoşunlarının komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, məhz bu bölmənin hissələri daim beynəlxalq təlimlərdə iştirak edib, mükafatlar qazanıblar:

“Göründüyü kimi, Tomskdan olan motoatıcı briqadadan heç kim hadisələrin belə inkişafına inanmırdı. Onlar Ukrayna Silahlı Qüvvələrinin Desant-həmlə qoşunlarının bölmələrinin güclü, peşəkar və amansız cavabı ilə üzləşiblər. İndi də bu düşmən müqəddəs torpağımızda əbədi qalacaq”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 10 =