Ukrayna Rusiyanın strateji aerodromlarına hücum etdiyini rəsmi şəkildə təsdiqləyib!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın bir neçə strateji hərbi aerodromuna hücum etdiyini rəsmən təsdiqləyib. “Pauçina” (Hörümçək toru) adlı xüsusi əməliyyat çərçivəsində həyata keçirilən hücumlar nəticəsində 40-dan çox hərbi təyyarənin, o cümlədən Tu-95, Tu-22M3 və A-50 erkən xəbərdarlıq təyyarələrinin sıradan çıxarıldığı bildirilib. SBU rəhbəri Vasıl Malyuk əməliyyata rəhbərlik etdiyini təsdiqləyərək, Rusiyanın hərbi aviasiyasına ciddi zərbə vurulduğunu açıqlayıb. Ukrayna tərəfi hücumların Rusiyanın hava hücum potensialını zəiflətmək məqsədi daşıdığını və Moskvanın gələcək hücumlarını çətinləşdirəcəyini vurğulayıb. Rusiyanın Müdafiə Nazirliyi hələlik bu hücumlarla bağlı rəsmi mövqe bildirməyib. Hadisə İstanbulda keçiriləcək danışıqlar öncəsi baş verdiyi üçün, siyasi müşahidəçilər bunun Ukraynanın danışıqlar masasında daha güclü mövqeyə sahib olma cəhdi olduğunu qeyd edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + eleven =