Ukrayna ŞOKDA: uzunluğu 64 kilometrə çatan kalon Kiyevə doğru irəliləyir – FOTO

Ukrayna ŞOKDA: uzunluğu 64 kilometrə çatan kalon Kiyevə doğru irəliləyir – FOTO

Ötən gün habelə ABŞ administrasiyasının nümayəndələri Konqres üzvləri ilə qapalı brifinq keçiriblər və xəbərdarlıq ediblər ki, Rusiya Ukraynayada hücumun ikinci dalğasını başladır. Administrasiya nümayəndələri bu hücum dalğasının “çox güman ki, Putinin Ukraynada mövqeyini möhkəmləndirəcəyini” bildiriblər. Belə ki, say üstünlüyü hesabına işğalçılar Ukrayna qüvvələrinin müqavimətini qıra və Kiyevi tuta bilərlər. Brifinqdə iştirak etmiş mənbə təqdim edilən məlumatların “heyrətamiz” olduğunu bildirib.

Bu arada ötən gecə Sum vilayətinin Axtırka şəhərində Rusiya artilleriyasının kütləvi zərbələri nəticəsində Ukrayna ordusunun hərbi hissəsi dağıdılıb, 70-dən çox döyüşçü həlak olub. Sum vilayət administrasiyasının sədri Dmitri Jivitski bu haqda bildirib. Deyib ki, hazırda dağıntılar altından cəsədlərin çıxarılması davam edir. Jivitski düşmənin də itkilərinin böyük olduğunu bildirib: “Rusların cəsədləri şəhərin hər yerinə səpələnib, toplayırıq. Qırmızı Xaçın əməkdaşları onları evlərə yığır”.

Herson istiqamətində isə ötən gün axşam saatlarında Rusiya ordusunun daha bir hərbi kalonu darmadağın edilib. Hərbi müxbir Andrey Sapliyenko bu barədə videokadrları özünün telegram-kanalında yayıb. “Herson yaxınlığında Ukrayna Silahlı Qüvvələri elə indi, fevralın 28-də axşam saat 19.40 radələrində düşmən texnikasının böyük kalonunu darmadağın etdi”, – jurnalist bildirib.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + five =