Ukrayna Su-27 qırıcıları Rusiyanın hücumundan yayınmaq üçün Rumıniyaya keçib! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İyulun 21-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin hava hücumu zamanı Ukraynanın Su-27 tipli döyüş təyyarələrindən birinin Rumıniya hava məkanına keçdiyi bildirilib.
Rumıniya Müdafiə Nazirliyinin ilkin məlumatlarına görə, ölkənin hava sahəsinə daxil olan obyektlər heç bir təhlükə yaratmayıb. Hazırkı məlumatlara əsasən, ən azı dörd Ukrayna qırıcısının hücumdan yayınmaq məqsədilə Rumıniyadakı hərbi baza aerodromuna sığındığı ehtimal olunur.