Ukrayna üçün “MARŞAL PLANI”: Britaniyanın əsas hədəfi nədir?

Ukrayna üçün “MARŞAL PLANI”: Britaniyanın əsas hədəfi nədir?

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb

Qeyd edilib ki, bu, qismən rus oliqarxlarının özgəninkiləşdirilən əmlakı hesabına maliyyələşdirilə bilər.

Conson bildirib ki, Rusiya ilə müharibədən sonra ölkənin yenidən qurulmasına kömək etmək üçün belə bir plan hazırlanmalıdır.

Böyük Britaniya ilə Vişeqrad qrupunun dörd ölkəsi – Çexiya, Macarıstan, Polşa və Slovakiya arasında keçirilən sammitdən sonra həmsöhbətlərdən biri beş liderin sözlərini nəql edib: 

“Onlar Ukraynanı yenidən qura biləcəklərini söylədilər, baxmayaraq ki, bunu necə etməyi planlaşdırdıqlarının təfərrüatları müzakirənin ilkin mərhələsindədir”.

Consonun tərəfdaşları deyirlər ki, pul mənbələrindən biri London əmlakının özgəninkiləşdirilməsi və Putinə bağlı sanksiya oliqarxlarına satılması ola bilər. Belə bir addım simvolik olsa da, müharibədən dağılmış ölkəni bərpa etmək üçün kifayət qədər vəsait toplaya bilməyəcək.

QEYD: “Marşal Planı” Avropa dövlətlərinə İkinci Dünya Müharibəsindən çıxmağa kömək edən bir plandır. 1947-ci ildə adından məlum olduğu kimi, ABŞ dövlət katibi Corc K. Marşall tərəfindən təklif edilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 14 =