Ukrayna XİN başçısı ölkəsinin İstanbul danışıqlarının ikinci raundunda maraqlı olduğunu açıqlayıb

Ukrayna XİN başçısı ölkəsinin İstanbul danışıqlarının ikinci raundunda maraqlı olduğunu açıqlayıb

“Ukrayna iyunun 2-də İstanbulda keçirilməsi ehtimal olunan danışıqların ikinci raundunda maraqlıdır. Biz Rusiyanın memorandumunu bu görüşdən əvvəl əldə etmək istəyirik”.

APA yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

O deyib ki, memorandumun təqdim olunması danışıqların əhatəli və məzmunlu keçirilməsi üçün vacibdir: “Bu, həm də ona görə lazımdır ki, İstanbula yola düşəcək heyət tərəflərin mövqelərinin müzakirə olunması üçün müvafiq mandat əldə etsin”.

A. Sibiqa həmçinin, ölkəsinin müharibəni bu il ərzində bitirməkdə, eləcə də tərəflər arasında 30, 50 və ya 100 gün davam edəcək atəşkəsin əldə olunmasında maraqlıdır.

Ukraynalı nazir rəsmi Kiyevin bu məsələni açıq şəkildə Rusiya tərəfi ilə müzakirə etməyə hazır olduğunu da açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + twelve =