Ukrayna XİN: Çernobıldakından 10 dəfə güclü partlayış riski var
Ukrayna XİN Zaporojye AES-də yanğın nəticəsində ortaya çıxan partlayış riski ilə bağlı bəyanat yayıb.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bəyanatda bildirilir ki, yanğına Rusiya qoşununun açdığı atəş səbəb olub.
“Rusiya ordusu Avropanın ən böyük AES-ini hər tərəfdən atəşə tutur. Artıq yanğın başlayıb. Partlayış baş versə Çernobıldakından 10 dəfə böyük olacaq”, – deyə xarici işlər naziri Dmitri Kuleba xəbərdarlıq edib.
Lent.az