Ukraynada 10 yaşlı qız qocalıqdan ölüb

Ukraynada 10 yaşlı qız qocalıqdan ölüb

Ukraynanın Vinnitsa bölgəsindən olan on yaşlı qız İra Ximiç qocalıqdan ölüb.

Uşağın ölümünü anası “Facebook” səhifəsində elan edib.

“İra öldü. Ürəyi dünən dayandı. Məni bağışla, canım, bu dəfə səni xilas edə bilmədim”, qadın yazıb.

Qız progeriyadan, Hatçinson-Gilford sindromu olaraq da bilinən nadir genetik xəstəlikdən əziyyət çəkirdi.

Progeriya çox nadir bir xəstəlik olub erkən yaşda qocalma ilə müşayiət olunan bir xəstəlikdir. Bu xəstəlik mutasiya nəticəsində əmələ gəlir, nadir hallarda irsi xarakter də daşıya bilir. Körpə bir neçə ay normal inkişaf edir, lakin sonra qocalma prosesi sürətlənir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =