Ukraynada milyonlarla yaşlı insan risk altındadır

Ukraynada milyonlarla yaşlı insan risk altındadır

Ukraynada münaqişədən xaricə qaça bilməyən milyonlarla yaşlı və əlil risk altındadır.

Lent.az-ın xəbərinə görə, bu açıqlama ilə Disasters Emergency Committee (DEC) adlı QHT çıxış edib.

Təşkilat bildirir ki, 2 milyondan çox ukraynalı müharibəyə görə ölkə xaricinə çıxıb. Lakin yaşlı və əlilliyi olan insanlar ölkədə qalıblar və risk altındadırlar. Ukraynada yaşı 60-dan çox olan şəxslərin sayı 7 milyonu keçir. Onların çoxuna qulluq edilmir.

Avropa Məhdud Hərəkət Qabiliyyətli Adamlar Forumunun statistikasına görə, Ukraynada məhdud hərəkət qabiliyyətli insanların sayı 2,7 milyon nəfərdir. 

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − four =