Ukraynada müharibənin dəhşətli statistikası: 109-u ölü, 130-u yaralı uşaq
Ukraynada Rusiyanın başlatdığı müharibə nəticəsində martın 18-nə qədər ölkədə 109 uşaq həlak olub, 130-dan çoxu yaralanıb.
Bu barədə Ukraynanın baş prokuroru ofisindən məlumat yayılıb.
Uşaqların yaralanması və həlak olması hallarına ən çox Kiyev (55), Xarkov (34), Donetsk (26), Çerniqov (29) kimi şəhərlərdə rast gəlinib.
“Bombardman və atəşlər nəticəsində 439 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 63-ü tamamilə dağılıb”, – deyə qurumdan bildirilib.
Mənbə: Unian.net