Ukraynada olan azərbaycanlı sürücülərin təxliyyəsinə başlanıldı – VİDEO

Ukraynada olan azərbaycanlı sürücülərin təxliyyəsinə başlanıldı – VİDEO

“Ukraynada olan azərbaycanlı sürücülərin təxliyyəsinə başlanılıb”.

BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, ilkin olaraq, Odessa şəhərində cəmləşən 6 yük nəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq, bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir.

Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin təxliyyəsi istiqamətində də işlər görülür. Həmin sürücülərlə mütəmadi olaraq əlaqə saxlanılır. Onların qayğıları ilə maraqlanılır. ABADA rəhbərliyinin tapşırığı ilə yanacaq problemi yaşayan bəzi sürücülərin bu problemi də həll edilib”.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =