Ukraynada Rusiyanın ən yeni döyüş təyyarələrindən biri vuruldu

Ukraynada Rusiyanın ən yeni döyüş təyyarələrindən biri vuruldu

Ukrayna Silahlı Qüvvələrinin mobil hava hücumundan müdafiə bölmələri Xarkov vilayətinin İzyum rayonunda Rusiyanın Su-34 qırıcısını məhv edib.

Bu, Rusiya ordusunun ən yeni təyyarələrindən biridir. 

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki,  bu barədə martın 27-də Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

Yeni Su-34 qırıcısının qiyməti təxminən 36 milyon dollardır.

Rusiya tərəfinin məlumatına görə, Ukraynaya müdaxilə zamanı Rusiya ordusu ən azı iki Su-34 (bugünkü vurulan təyyarələri nəzərə almasaq) itirib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =