Ukraynadakı müharibənin ACI ÜZÜ: Ölən rus əsgərinin QAN DONDURAN son sözləri

Ukraynadakı müharibənin ACI ÜZÜ: Ölən rus əsgərinin QAN DONDURAN son sözləri

Rusiya-Ukrayna müharibəsindən dəhşətli görüntülər gəlməkdə davam edir. Müharibənin 6-cı günündə sülhə olan ümidlər puça çıxsa da, Rusiya Ukraynaya hücumlarını artırmağa davam edir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ukrayna ordusunun könüllülərlə birlikdə Rusiya qüvvələrinə qarşı döyüşməsi nəticəsində itkilər artır.

Rusiya başda Kiyev və Xarkov olmaqla bir çox şəhərlərdə mülki əhalini və mülki yaşayış məntəqələrini bombalayarkən, Ukraynanın BMT-dəki daimi nümayəndəsinin tribunadan etdiyi paylaşım müharibənin acı tərəflərini ortaya qoyub.

Ukraynada dünyasını dəyişən rus əsgərinin ölməzdən əvvəl anasına son mesajlarını oxuyan Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kyslytsya o an dünya gündəminə damğasını vurub.

Ukrayna rəsmilərinin verdiyi açıqlamalarda 5300-dən çox rus əsgərinin öldürüldüyü bildirilsə də, BMT kürsüsündə oxunan sətirlər də müharibənin acı üzünü ortaya qoyub.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi mərhum rus əsgərinin mobil telefon mesajlarını oxuyub.
Mesajlarında sanki yalvarıb kömək diləyən əsgərin dedikləri belə olub:

– Ana, mən artıq Krımda hərbi təlimlərdə deyiləm.

– Haradasan? Atan sənə ərzaq qutusu göndərməyi planlaşdırırdı.

– Mənə ərzaq qutusunu necə göndərə bilərsiniz?

– Nə haqqında danışırsan? Nə baş verir?

– Ana, mən Ukraynadayam. Burada həqiqətən amansız müharibə gedir. Mən qorxuram. Ölkənin hər şəhərini bombalayırıq. Biz hətta mülki insanları da hədəfə alırıq. Bizə dedilər ki, ukraynalılar bizi qarşılayacaqlar, amma burada belə deyil. Bizi hədəfə alırlar, özlərini tankların altına atırlar, bizi  irəliləməyə qoymurlar. Bizə faşist deyirlər, ana. Mən buna dözə bilmirəm. çox qorxuram”.

Rus əsgərinin bu mesajlardan sonra öldüyünü paylaşan Kyslytsya Rusiyanın Ukraynaya hücumunu İkinci Dünya Müharibəsinin başlanğıcı ilə müqayisə edib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 6 =