Ukraynalı yəhudi qaçqınları yerləşdirmək üçün Fələstində yeni işğalar

Hazırda Ukrayna böhranında vasitəçilik edən sionist rejim Fələstində yeni əraziləri işğal etmək və Ukraynadan olan yəhudi qaçqınlar üçün yeni qəsəbələr salmaq niyyətindədir.
Sionist düşüncənin təməli etnik üstünlüyə əsaslanan irqçi düşüncədir. Bir əsr əvvəl Fələstin xalqına məhəl qoymayan sionist hərəkat indi də Ukraynadan olan qaçqın sionistləri işğal olunmuş Fələstində yerləşdirmək niyyətindədir.
Fələstinin “Niqib” ərazisində Ümumdünya Sionist Təşkilatının urbanizasiya planı
Ümumdünya Sionist Təşkilatının mənzil-tikinti bölməsinin verdiyi məlumata görə, bu bölmə Ukraynadan qaçan sionistləri yerləşdirmək məqsədilə 1000 mənzil tikmək üçün ilkin addımlara başlayıb.
Ümumdünya Sionist Təşkilatının mənzil-tikinti şöbəsinin rəhbəri Yeşay Merlinq işğal olunmuş Fələstinə köçmək istəyən ukraynalı sionistlərin ailələri üçün müvəqqəti sığınacaqlar tikmək üçün müfəssəl plan hazırladığını bildirib.
O, bu xüsusi planı Ümumdünya Sionist Təşkilatının hazırkı rəhbəri Yəqub Haquilə təqdim etdiyini açıqlayıb. Bu xüsusi plana sahəsi 55-90 kvadratmetr arasında olan mənzillərin tikilərək yeni sionist qəsəbələrinə çevrilməsi daxildir.
Planda bu məskənlərin Niqib səhrasının şimal bölgələrində, Urbə vadisində, Bisan bölgəsi yaxınlığındakı Yənabi və İordan vadisində salınacağı bildirilir.
Ukraynada qaçaq sionistlərin sözügedən bölgəsində məskunlaşdırılması üçün yeni məskunlaşma planı sionistlərin əvvəlki qeyri-qanuni məskunlaşmalarla bağlı vəzifələrini hələ müəyyənləşdirmədiyi bir vaxta təsadüf edir.
Bu planda qeyd olunan torpaqlar fələstinlilərə məxsusdur və əslində sionistlər yeni Fələstin torpaqlarını işğal etmək və ukraynalı yəhudi mühacirlərin yaşaya biləcəyi yeni sionist qəsəbələr tikmək istəyirlər.