Ukraynalılar Şaxta Babaya “müharibə” elan etdilər
Az.shafaqna.com “Strana.ua”-ya istinadən xəbər verir ki, yeni il ərəfəsində Ukraynada Şaxta Babaya qarşı kampaniya başladılıb.
Belə ki, “Facebook”-dakı qruplardan birində Şaxta Babanın “tarixçəsi” dərc edilib.
Orada deyilir ki, o, bütpərəstlik dövrünün qalıqlarındandır və bir zamanlar insanlar onun üçün insanları qurban verirdilər.
Şaxta Babanın geyiminin qırmızı rəngi qanın rəmzidir, daşıdığı torba isə hədiyyələr üçün yox, bir zamanlar kəsilmiş insan başları üçün nəzərdə tutulurdu.
Digər bir məndəbən isə bildirilib ki, Şaxta Baba obrazı kilsə ilə mübarizənin aparıldığı “1937-ci il repressiyalarının ört-bastır edilməsi üçün” istifadə edilirdi.
Belə ki, o vaxtkı hakimiyyət kilsə ənənələrinin nüfuzunu minimuma endirmək üçün yeni Sovet ənənələri təşkil etmək qərarına gəlmişdilər.
Qeyd edilir ki, hazırda isə Şaxta Baba Sovet ənənələrinin ideoloji yükünü və təcəssümünü daşıyır.