Ukraynanın bərpası üçün 565 milyard dollar lazımdır – Denis Şmıxal

Ukraynanın bərpası üçün 565 milyard dollar lazımdır – Denis Şmıxal

Publika.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Polşa, Sloveniya və Çexiya hökumət başçıları ilə görüşdən sonra baş nazir Denis Şmıxal bildirib. 

O qeyd edib ki, bu görüşdə, xüsusilə, gələcəkdə Ukraynaya dəstək məsələləri müzakirə olunub.

“Söhbət ondan gedir ki, Aİ bu gün artıq güclü dəstək verir. Və burada təmsil olunan ölkələrin hər biri güclü dəstək verir. Biz Ukraynanın bərpasının maliyyələşdirilməsi baxımından dəstək gözləyirik. Biz bütün dünyaya səslənirik – Ukraynaya bu müharibəni dayandırmağa kömək edək, dövlətimizin yenidənqurma fondlarını dolduraq və bərpa edək. Biz dünyanın hər yerində onlarla dövlətin və milyonlarla insanın Ukraynaya artıq göstərdiyi kömək və dəstəyə görə minnətdarıq”, – baş nazir vurğulayıb.

Onun sözlərinə görə, müharibə nəticəsində iqtisadiyyata dəyən itkilərin qiymətləndirilməsi ilə məşğul olan Ukrayna hökumətində artıq müvafiq qrup yaradılıb və işləyir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 6 =