Ukraynanın Fəxri Konsulluğundan Azərbaycana dostluq mesajı

Ukraynanın Fəxri Konsulluğundan Azərbaycana dostluq mesajı

Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu iki ölkə arasındakı dostluq münasibətlərinə həsr olunmuş sosial çarx hazırlayıb.

Konsulluqdan verilən məlumata görə, sosial çarx #DearAzerbaijan həştəqi ilə paylaşılıb.

Video-çarxda bildirilir:

Ağrı yox, yorğunluq yox, şübhə yox…Yalnız məqsəd var!

Məqsəd – özümüzün ən mükəmməl nümunəsini yaratmaqdır. Tarix təkrarlanır, elm, sənət, idman zamana uyğun olaraq durmadan yenilənir. Sərhədlər yox olur, tarixən yaxın olan millətləri və dövlətləri daha da yaxınlaşdırır.

İnkişaf edən qarşılıqlı münasibətlər, kökləri bir-birinə bağlı olan Ukrayna – Azərbaycan dostluğunda da bundan sonrakı uğurların təməlini qoyur. Birgə hədəflər müəyyən edilir və ona doğru yol alınır. Sürət zamanın dəyərini unutdursa da, bəzən gedilən yol uzun gəlir, bəzən isə qələbə üçün sadəcə bir neçə dəqiqə bəs edir. Beləliklə sürət bizi həm də inkişafa aparır.

Ən əsas məqsədimiz hədəflərimizi düzgün müəyyən etməkdir. Çünki əldə etdiyimiz uğurlar bir sonrakı mərhələni müəyyən edir. Bu qələbələrdə yanımızda olanlar isə… kimliyimizi bildirir.

Xüsusi təşəkkür:

Olimpiya Döyüş Klubunun rəhbərliyi Oqtay Musayevə
MMA üzrə dünya çempionu Vüqar Kərəmova
Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevə

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + fifteen =