Ukraynaya silah tədarükü ilə bağlı NATO-da yaradılan qərargahın strukturu formalaşıb

Ukraynaya silah tədarükü ilə bağlı NATO-da yaradılan qərargahın strukturu formalaşıb

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya silah tədarükünün logistikasını təmin etmək üçün Almaniyanın Visbaden şəhərində yaradılan qərargahın strukturunun formalaşdığını təsdiqləyib.

Bunu amerikalı diplomat NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

“Biz ittifaq olaraq gələcəyə çox ciddi öhdəliklər götürərək Ukraynaya davamlı dəstəyi nümayiş etdiririk və onun alyansa üzvlüyü üçün möhkəm körpü yaradırıq. Biz Visbadendə NATO komandanlığını yaradırıq, təlim, hərbi yardım, avadanlıqların ötürülməsi, təmiri və texniki xidməti əlaqələndiririk”, o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − five =