Ulduz futbolçunun torpaq sahəsi qəbiristanlıq imiş – 250 məzar tapıldı

Ulduz futbolçunun torpaq sahəsi qəbiristanlıq imiş – 250 məzar tapıldı

Publika.az xəbər verir ki, özünə torpaq sahəsi alan ulduz müdafiəçinin həmin ərazidə otel tikmək arzusunu aşkarlanan 250 məzar hələlik “dəfn edib”.

Belə ki, “Barselona”nın mərkəz müdafiəçisi Malaqada dəbdəbəli otel tikintisi layihəsinə sərmayə qoymağı planlaşdırıb.

2015-ci ildə o, təxminən 20 milyon dollara Kosta del Solda yerləşən torpaq sahəsi alıb.

Lakin Pikenin satın aldığı torpaq sahəsində 250 məzar tapıldığı üçün layihə dayandırılıb.

Məlumata görə, adıçəkilən məzarların hansı əsrə aid olduğunu öyrənmək üçün lazımi araşdırmalar aparılacaq:
“Biz 250-yə yaxın məzar aşkar etmişik ki, onların da böyük əksəriyyəti boşdur. Ola bilsin ki, türbələr heç vaxt istifadə olunmayıb. Bu, ölkənin ən böyük dəfn yerlərindən biridir,” – deyə, arxeoloq Alberto Kumpian bildirib.

Arxeoloq onu da əlavə edib ki, məzarların araşdırılması üçün tədqiqat layihəsinə 2023-cü ilin yanvarında “yaşıl işıq” yandırılmalıdır.

Qeyd edək ki, Pike karyerasını bitirdiyini də elan edib. O, “Almeriya” ilə qarşılaşmanın karyerasında sonuncu olacağını bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =