Ümumbəşəri Ərbəin məktubu

Ümumbəşəri Ərbəin məktubu

TAYDER-in Ərbəin çadırında paylaşdığı məktub

Dünyanın hər yerindən bacı və qardaşlarımıza Salam olsun!

Bu məktub hicri 1446-cı və miladi 2024-cü ildə Ərbəin ziyarətçilərinin bütün dünya xalqlarına çağırışı və dünyanın ən böyük ictimai toplantısından yer kürəsinin sakinlərinə dəvətdir.
Bu məktub “Hüseyn” aşiqi olan yürüşçülərdən, “Hüseyn”ə və onun sevdiyi insanlara, azadlığı uğrunda hər şeyini qurban vermiş xalqa, tarixin ən böyük fəlakətini yas tutanların, bütün məzlumlara, haqqı qəsb edilənlərə, müstəkbir qüvvələr tərəfindən zülmə məruz qalanlaradır.
Bu məktub özünü tarixin ən parlaq və qəhrəmanlıq hadisəsinə həsr edənlərdəndir; Soyuq, ruhsuz və həvəssiz qalan dünya sakinlərinə bir xatırlatmadır.
Dünyanın ən məzlum coğrafiyası Fələstindən; Qəflət və xəyanətin hökm sürdüyü dünyada susmuş, amma vicdanı ölməmiş bütün məzlum xalqlara fəryaddır!
Bu məktub Qəzzada aclıq və susuzluqdan taqətdən düşmüş, şəhadət şərbətindən içən məzlum körpələr, uşaqlar, qadınlar və zəif qocalardan, haqq şahidlərindəndir; Sionist Düşmənlə həmkarlıq edən zalım Tağutlar tərəfindən sıxışdırılan xalqlar üçün diriliş müjdəsidir.
Bu məktub burada olmaqla xalqların qardaşlığını, bərabərliyini, fədakarlığını şəxsən yaşamışlardan, bəşəriyyətə hakim olan hər cür eqoizmdən, şəxsi mənafedən, ayrı-seçkilikdən bezmiş insanlara bir elandır.
Bu məktub 11 aya yaxındır ki, dünyanın ən qabaqcıl ordularına və ən dəhşətli qatillərinə qarşı Kərbəla qəhrəmanları kimi vuruşan Müqavimət Mücahidlərini öz duaları ilə səmimi və cəsarətlə dəstəkləyən, mal və qələmlərilə, həmçinin meydanlarda və universitetlərdəki dəstək və etiraz aksiyaları ilə bütün dünya xalqlarına bir mesajdır.
Bu məktub ac və yoxsul olduqları halda sionist düşmənin və onların himayəçilərinin dəniz yollarını bağlamaq üçün bütün imkanlarından istifadə edən qəhrəman yəmənlilərə ürəkdən salamdır!
Bu məktub coğrafi sərhədlərə əməl etməyənlərin, tayfa fanatizminin bir-birindən saxta sərhədlərlə ayrılmış bütün xalqlara çağırışıdır.
“Hüseyn”ə sədaqəti və onun müəyyən etdiyi yolu hər cür irqçi, millətçi, məzhəb kimliklərindən üstün tutanlardan tutmuş, bütün dünyanın müstəzəflərına bir çağırışdır.
Bu məktub Ədalət Günəşinin doğmasını gözləyənlərdən, zülm mənbəyi ilə son savaşa hazırlaşanlardan, dünyaya hakim olan tiranların 1 faizinin haqsızlıqları altında əzilən dünya xalqının 99 faizinə bir məktubdur.
Dünyanın hər yerindən milyonlarla Hüseynsevərlə bəşər tarixinin bu ən möhtəşəm anım mərasimində iştirak edib ayaqyalın Kərbəlaya doğru irəliləyərkən müxtəlif irqlərdən, millətlərdən və dinlərdən olan Adəm övladlarının böyük bir hissəsi dünyanın müxtəlif yerlərində hər cür zülmə, ağrıya, məhrumiyyətlərə, təhqirlərə və haqsızlığa məruz qalır.
Dünyanın gözü qarşısında məzlum fələstinli müsəlman qardaşlarımız sionist yəhudilərə müqəddəs Məscidül-Əqsa, ikinci qibləmiz və müqəddəs torpaqları tərk etmədikləri üçün soyqırıma məruz qalırlar.
Bu gün xalqın mədəni-ictimai, iqtisadi və siyasi həyatında hakim mühiti müstəkbir qüvvələr və imperializm quruluşu müəyyən edir. Xalqın həyatı öz maraqları əsasında deyil, daha çox sərmayədar dairələrinin və tağutların maraqları istiqamətində formalaşır.
Dünyanın bir çox yerində qəddar və xalqdan uzaq olan rejimlər öz xalqına müasir üsullarla köləlik sistemi qurduqları halda, bu rejimlər ABŞ və beynəlxalq təşkilatlar başda olmaqla daha böyük tağutların köləliyini qəbul etmişlər.
Dünya üzərində hökmranlıqlarını bərqərar edən zalımlar zəif düşürülənləri əllərindəki müxtəlif alətlərlə o qədər zəiflətmiş, öz fitrətlərinə yadlaşdıraraq itaətkar etmişlər ki, diqqətləri əhəmiyyətsiz məsələlərə, dəyərsiz sahələrə yönəltmişlər. Beləliklə, düşdüyümüz ağrılı vəziyyəti ciddi şəkildə qiymətləndirmək və bu vəziyyəti dəyişdirmək üçün hərəkətə keçməkdən xəbərsiz olmuşuq.
Müstəkbir dairələr istəyirlər ki, onlara qarşı qlobal Müstəzəf cəbhəsi yaratmaq əvəzinə köklü problemlərə deyil, irqçi, millətçi və məzhəb savaşlarına girək. Halbuki, bu münaqişələrin heç biri haqq və batil arasında mübarizə, əsas problemlərimizi həll edəcək, nicata aparacaq proseslər deyil.
Digər tərəfdən, dünyanın bütün zalım güclərinin birləşərək məhv etməyə çalışdığı Qəzza-Fələstin davası onların çirkin işbirlikçilərinin, dırnaqarası müsəlmanların nifaq maskalarını aradan qaldırdı. Əvvəllər Fələstinin tərəfdarı kimi görünən bir çox münafiqlər ifşa olundu. İnsan haqları, sivilizasiya, elm, ifadə azadlığı, demokratiya adı altında çürük, oğru, həyasız istəklərini dünyaya sırıyanlar da maskalarını çıxarıb, əsl vəhşi, natəmiz üzlərini, çirkli iç üzlərini göstərmiş durumdadırlar.
Qardaşlar! Hz. Əli (ə) şəhəri Nəcəfdən Hz. Hüseyn (ə) şəhəri Kərbəlaya hərəkət edən Ərbəin yürüşçüləri olaraq bizim ən böyük arzumuz Hz. Əli və Hz.Hüseyn yolunda olmaqdır. Hz. Əlinin mübariz ömrünün son anlarında buyurduqları; “Zalıma düşmən, Məzluma yardımçı olun!” sözünü özümüzə bələdçi seçmişik.
Mütəal Allahdan istəyimiz budur ki, Hz.Əlinin bu vəsiyyətini yerinə yetirmək yolunda zalımların qarşısında çətinliklərlə mübarizədə bədəl ödəməkdən qorxmamağı və Şəhidlər Ağasının yolunu davam etdirməyi bizə lütf etsin. İmam Hüseyn (ə) bu yolda ödəniləcək ən böyük bədəl, yəni ölüm haqqında belə deyir:
“İzzətə çatmaq, haqqı əhya etmək yolunda ölmək nə qədər də asandır.”
Gəlin ey qardaşlar! Zalımla düşmənçilik etmək və məzlumlara kömək etmək üçün əhd bağlayaq və bu böyük vəzifəni yerinə yetirməkdə əvəzini bədəl verməkdən qorxmayaq. Gəlin məzlum Fələstin xalqına kömək edək və Müqavimət Cəbhəsinin yanında olaq. Sionist rejimlə əlaqələr saxlayan əməkdaşlıq edən hökumətləri Fələstinin və Müqavimətin yanında olmağa məcbur edək.
Din və məzhəbdən, irq və rəngimizdən asılı olmayaraq zalım qarşısında susmayaq, biganə qalmamağa və hər cür cavab verməyə əhd edək.
Gəlin qəti şəkildə inanaq ki, bizim bu əhdə bu cür sadiq olmağımız dünyada böyük proseslərə yol açacaq və dəyişikliklərə səbəb olacaqdır.
Gəlin, qardaşlar!
Gəlin hər il keçirilən bu möhtəşəm yürüşə qoşulaq. Çünki bu yürüş qlobal müstəkbir və zülm cəbhəsinə qarşı hazırlanacaq bir məşqdir, həmrəylik və qardaşlıq içində birlikdə yaşamaq üçün bir məşqdir. Bilək ki, Ərbəinin bu mübarək yürüşü Vəhyə doğru yürüş, İmam Zamanın (ə) ədalət qiyamına hazırlıq, fədakarlıq təlimi, çətinliklərə öyrənmək və onlarla mübarizə aparmaq, müqaviməti inkişaf etdirməkdir.
Dünya müstəzəflərının bu əhd-peymanda iştirak etmələri və ümumbəşəri ədalət günəşinin zühuru və bəşər tarixinin mübarək səhərinin açılması ümidilə…
(1446/2024 – ƏRBƏİN)

Sosial Tədqiqatlar və Yardım Dərnəyi
TAYDER

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =