UNICEF İsrail rejiminin İrana təcavüzü zamanı uşaqların hüquqlarının pozulmasını araşdırmalıdır

İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti Zəhra Behruzazər UNICEF-in icraçı direktoruna ünvanladığı rəsmi məktubda sionist İsrail rejiminin İrana qarşı hərbi təcavüzünü qınamağa və bu hücum zamanı uşaqların hüquqlarının kobud şəkildə pozulmasının beynəlxalq səviyyədə araşdırılmasına çağırıb.
Behruzazər məktubunda qeyd edib ki, İsrail rejimi Qərb ölkələrinin – insan hüquqlarını müdafiə etdiyini iddia edən dövlətlərin – geniş silah, kəşfiyyat və siyasi dəstəyi ilə BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini və beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq mülki əhalini, yaşayış məntəqələrini və mühüm mülki infrastrukturu hədəfə alıb.
O bildirib ki, bu vəhşicəsinə hücum nəticəsində 126-dan çox qadın, o cümlədən 4 hamilə qadın və 40-dan artıq uşaq həyatını itirib. Yaşayış evləri və həyati əhəmiyyətli infrastrukturlar dağıdılıb, mülki şəxslər məcburi köçkün vəziyyətinə düşüb və qadınlarla uşaqlara ciddi psixoloji və fiziki zərər dəyib.
Vitse-prezident beynəlxalq təşkilatları, xüsusilə də UNICEF-i bu hüquq pozuntularına səssiz qalmamağa və uşaqların müdafiəsi istiqamətində təcili tədbirlər görməyə çağırıb.