UNICEF: Müharibə nəticəsində 11 min yəmənli uşaq öldürülüb və ya şikəst olub

UNICEF: Müharibə nəticəsində 11 min yəmənli uşaq öldürülüb və ya şikəst olub

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzünün başlanğıcından bəri on bir mindən çox yəmənli uşağın öldürüldüyünü və ya şikəst edildiyini açıqlayıb.

İRNA-nın AFP-yə istinadən verdiyi məlumata görə, UNİCEF elan edib: Bu müharibənin real statistikası yəqin ki, daha yüksəkdir. Minlərlə uşaq həyatını itirib, yüz minlərlə uşaq isə aclıqdan və qarşısı alına bilən xəstəliklərdən ölmək riski ilə üzləşib.

UNICEF, təxminən 2,2 milyon yəmənli uşağın mənfi qidalanmadan əziyyət çəkdiyini, onların dörddə birinin beş yaşdan kiçik olduğunu açıqladı. Onların bir çoxunun vəba, qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərə yoluxma riski var.

Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü 2014-cü ildə başlayıb və bu müddət ərzində münaqişələr nəticəsində və ya müharibənin dolayı təsirləri, o cümlədən, qeyri-sağlam içməli su səbəbindən yüz minlərlə insan həyatını itirib və ya yaralanıb, xəstəliklərin yayılması və aclıqla üzləşib.

UNICEF-in son hesabatında 2015-ci ilin martından 2022-ci ilin sentyabrına qədər 3774 yəmənli uşağın öldüyü bildirilir.

Bu xəbərə görə, Yəməndə atəşkəs oktyabrın 2-dək davam edib və bundan sonra uzadılmayıb. O vaxtdan bəri ən azı 62 uşaq ölüb və ya yaralanıb.

UNICEF Yəməndəki humanitar böhranla mübarizə üçün 484,4 milyon dollar yardım istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + eight =