UNİCEF: Qəzzədə atəşkəs zəruridir
UNİCEF-in icraçı direktoru sionist rejimin Qəzzəyə bombardmanının dərhal dayandırması və atəşkəsin bərqərar olunmasının zəruri olduğunu vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Katrin Rassel bu gün (6 oktyabr) X hesabında yazıb: Bizim Qəzzədə atəşkəs rejiminin bərqərar olması və sivil girovların qeyd-şərtsiz azad olunmasına ehtiyacımız var. Bu 30 günlük müharibə bəsdir. Bu məsələ dərhal olmalıdır.
Məlumata görə Qəzzə uşaqlarının vəziyyəti həddən artıq acınacaqlıdır və bu günü-gündən şiddətlənməklə bərabər mülki şəxslərin yaşayış yerləri hücumlardan amanda deyil.
UNİCEF-in məlumatına görə Qəzzədə içməli suyun olmaması və anti-sanitariya şəraiti inanılmaz faciələr astanasındadır. İçməli su təmini olmasa, mülki şəxslər ölüm və xəstəliklər təhlükəsi yaşayırlar.