Universitet tələbələrindən ibarət heyətlərin İmam Xomeyni (r.ə) hüseyniyyəsində İmam Hüseynin (ə) Ərbəin əzadarlığı mərasimində iştirakı

Universitet tələbələrindən ibarət heyətlərin İmam Xomeyni (r.ə) hüseyniyyəsində İmam Hüseynin (ə) Ərbəin əzadarlığı mərasimində iştirakı

(yenilənib)

Əba Əbdillah Hüseyn (ə) və o Həzrətin vəfalı tərəfdarlarının şəhadətinin Ərbəini günü İslam İnqilabı Rəhbərinin hüzurunda ölkə boyu universitet tələbələrdən ibarət heyətlərin əzadarlıq mərasimi 25.08.2024-cü il tarixdə bazar ertəsi günü günorta saatlarından qabaq İmam Xomeyni (r.ə) hüseyniyyəsində baş tutdu.

O Həzrət bu mərasimin sonunda Aşura ziyarətində gələn bir ibarənin izahında belə buyurdu:
“”Aşura” ziyarətində İmam Hüseyn əleyhissəlama xitabən deyirsiniz ki, inni silmun limən saləməkum və hərbun limən harəbəkum, (yəni) Hüseynçi cəbhə ilə Yezid cəbhəsi arasındakı mübarizə sona çatacaq bir mübarizə deyil”.

Hüseynçi cəbhənin hədəfindən danışan İnqilab Rəhbəri belə qeyd etdi:
“İmam Hüseyn Kərbəla səfərində Hüseynçi cəbhəsinin hədəfinin zülm müqabilində cihad etmək olduğunu müəyyən edibdir. Bu cəbhənin əks tərəfi sitəm, zülm və İlahi əhdi sındıran cəbhədir. Bu gün siz bu qarşıdurmanı dünyada müşahidə edirsiniz”.

İki cəbhə arasındakı döyüşün formalarını izah verən Ayətullah Xamenei sözlərinə belə davam etdi:
“Hüseynçi cəbhə ilə zalımların cəbhələri arasındakı döyüş müxtəlif formalardadır. Bu döyüş qılınc və nizə dövranında bir cürdür, atom və süni intellekt dövründə isə başqa cür. Şeir, hədis və kəlamları ifadə edən təbliğat zamanında bir formada, internet, kvant və bu kimi vasitələrin dövründə də başqa bir formada”.

O Həzrət “Hərbun limən harəbəkum”un başqa bir mənasını da iştirakçılar üçün izah etdi və buyurdu:
“”Hərbun limən harəbəkum” həmişə ələ silah almaq mənasında deyil, doğru düşünmək, düzgün danışmaq, düzgün müəyyən etmək və dəqiq nişan almaq deməkdir. Vəzifənin nə olduğunu bilin, getməli olduğunuz yolu tanıyın. Əgər bu formada düşünsək, yolu müəyyən edib səy göstərsək, həyat mənalı və hədəfli olacaqdır”.

İnqilab Rəhbəri insanın hədəfinin Allah olduğunu vurğuladı və bildirdi:
“Pul, məqam, qüdrət və ictimai mövqeyə sahib olmaq insan həyatının hədəfi olmaqdan çox aşağıdır. Həyatın məqsədi Allaha xidmət etmək və ona çatmaqdır, bundan başqa bir yol yoxdur, yəni “Silmun limən saləməkum və hərbun limən harəbəkum””.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 4 =