Universitetdə Gərgin Etiraz: İsrail Səfiri Kampusdan Qovuldu! (Video İzlə)
Siziyol xarici KİV-ə istinadən xəbər verir:
Sionist İsrail rejiminin Senegala yeni təyin olunmuş səfiri Yuval Vaks, Dakar Universitetində keçirilən tədbir zamanı kütləvi etirazlarla üzləşib. Kampusda toplaşan tələbələr və akademiklər “Fələstinə azadlıq”, “İsrail bir terror dövlətidir” kimi şüarlar səsləndirərək səfirin universitetdən çıxmasını tələb ediblər.
Etirazçılar Fələstin bayraqları ilə yürüş edərək Sionist rejimin Qəzzədəki hərbi əməliyyatlarını pisləyiblər. Kampusda gərginlik artdıqca, səfir təhlükəsizlik qüvvələrinin müşayiəti ilə universitetdən çıxarılıb. Hadisə zamanı polis çağırılsa da, tələbələrin qətiyyətli mövqeyi qarşısında çarəsiz qalıblar.
Senegal xalqı, xüsusilə gənclər, bu aksiyanı Fələstin xalqına dəstək mesajı kimi qiymətləndirib. Etirazçılar verdiyi açıqlamada “İşğalçı bir dövlətin nümayəndəsi burada rahat gəzə bilməz. Biz Senegal xalqı olaraq, zalımlara yox, müqavimətə dəstək veririk” deyə bildiriblər.
Bu hadisə, Afrika qitəsində Fələstin məsələsinə olan ictimai dəstəyin güclü bir nümunəsi kimi qiymətləndirilir. Dakar Universitetində baş verən etirazların İsrail-Senegal münasibətlərinə təsiri isə hələlik məlum deyil.