UNRWA İordan vadisindəki fələstin düşərgələrində fəaliyyətini dayandırıb

UNRWA İordan vadisindəki fələstin düşərgələrində fəaliyyətini dayandırıb

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi İsrail rejim qüvvələrinin İordan çayının qərb sahilində yerləşən dörd qaçqın düşərgəsinə basqın etdiyini və onlarla fələstinlinin həyatının təhlükəyə saldığnı elan edib.

Agentliyin yüksək rütbəli rəsmisi ötən gün bu haqda açıqlamasında bidlirib ki, İsrail rejim ordusu İordan vadisinin şimal bölgələrində sivil vətəndaşların həyatını təhlükəyə salır.

“İsrail rejiminin apardığı hərbi əməliyyatlar nəticəsində İordan çayının qərb sahilində agentliyin bir neçə Fələstinli qaçqınların yerləşdiyi düşərgədə fəlaiyyət xidməti dayandırılıb”- deyə UNRWA-ın komissarı əlavə edib.

O sözünün davamında qeyd edib ki, “UNİSEF”-in araşdırmasına görə İsrail rejim qüvvələrinin Qəzzəyə hücumundan inidyədək İordan çayının qərb sahilində 150-dən çox uşaq həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 11 =