UNRWA: İsrail qətliamların rekordunu qırıb

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini deyib: “İsrail uşaqların, yardım işçilərinin, media fəallarının və tibb işçilərinin qətliamında rekordu qırıb.”
Lazzarini əlavə edib: “Qəzzəyə qarşı 6 aylıq müharibənin cinayətlərini sözlə ifadə etmək mümkün deyil, hər şey məhv edilib. Xəstəxanalar və BMT-nin qərargahları humanitar və beynəlxalq qanunlara zidd olaraq dağıdılıb və bütün qırmızı xətlər tapdalanıb.”
O deyib: “Qəzzə zolağında iki milyon insanın həyatı bir göz qırpımında məhv edildi, çoxları öz yaxınlarını itirdi, kədərli və hüznlü ürəklərdən başqa heç bir şey tapılmır.”