UNRWA: Qəzzada hər gün 63 qadın öldürülür

UNRWA: Qəzzada hər gün 63 qadın öldürülür

Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Məşğulluq Agentliyi (UNRWA) Beynəlxalq Qadınlar Günündə xəbərdarlıq edib ki, Qəzzə qadınları sionist rejimin bu vəhşi müharibəsinin qurbanları olmaqda davam edirlər.

“Qəzzada hər gün orta hesabla 63 qadın öldürülüb – onlardan 37-si ailəsini tərk etmək məcburiyyətində qalan analardır” – UNRWA-nın Beynəlxalq Qadınlar Günü ilə bağlı son xəbərdarlıqları belədir.

Bir çox qərb səlahiyyətliləri Qəzzada qadın və uşaqların acınacaqlı vəziyyəti ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər, lakin onlar sionist rejimin cinayətlərinin qarşısını almaq üçün çox iş görmürlər.

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden cümə günü illik çıxışı zamanı deyib ki, “Qəzzada minlərlə günahsız qadın və uşaq da daxil olmaqla 30 mindən çox dinc sakin öldürülüb”.

Bayden sionist rejimi dəstəkləməyə davam edir və fələstinlilərə qarşı vəhşilikləri dayandırmaq üçün Təl-Əvivə təzyiq etmək çağırışlarına müqavimət göstərir.

UNRWA “X” (keçmiş Twitter) sosial səhifəsində dərc etdiyi mesajda sionist rejimin cinayətlərindən sonra Qəzzada qadınların vəziyyəti ilə bağlı xəbərdarlıq edərək, oktyabrın 7-dən indiyədək Qəzzada ən azı 9 min qadının şəhid olduğunu bildirib. O, həmçinin, bu rəqəmin yəqin ki, daha yüksək olduğunu da vurğulayıb.

UNRWA bununla bağlı izahat verib: “Bu rəqəm yəqin ki, real statistikadan aşağıdır, çünki dağıntılar altında ölən qadınların sayı daha çoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =