Üsamə Həmdan: Biz müqavimətin bütün üsullarına sadiqik

Üsamə Həmdan: Biz müqavimətin bütün üsullarına sadiqik

Üsamə Həmdan deyib: Fələstinli qrupların rəhbərlərinin Qahirədə keçirilən son iclasında elan etdik ki, biz bütün müqavimət üsullarına sadiqik və heç kimin müqavimət üsullarına mane olması məqbul deyil.

Mehr xəbər agentliyinin Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Üsamə Həmdan Əl-Əqsa peyk şəbəkəsi ilə söhbətində iki məsələnin dərhal araşdırılması və həll olunmasını istəyib.

Həmin məsələlər İordan çayının qərb sahilində siyasi həbslər və Muxtariyyət Təşkilatlının sionist rejimlə təhlükəsizlik sahəsində əməkdaşlığından ibarətdir.

Həmdan əlavə edib: Fələstinli qrupların rəhbərlərinin Qahirədə keçirilən son iclasında bütün müqavimət üsullarına sadiq olduğumuzu elan etdik və müqavimət metodlarından hər hansı birinin qarşısının alınmasının qəbuledilməz olduğunu bildirdik.

O, bu görüşdə Fələstin məsələsinin görünməmiş təhdidlərlə üzləşdiyinə təkid olunmasına işarə edib.

Bu HƏMAS lideri bəyan edib ki, Netanyahunun ekstremist hökumətinin kölgəsində fələstinlilərin də vahid yanaşma və mövqeləri olmalıdır.

Usamə Həmdan onun hərəkatının İordan çayının qərb sahilindəki müqavimətlə fəxr etdiyini vurğulayıb. O, deyib ki, bizim vəzifəmiz İordan çayının qərb sahilində müqaviməti gücləndirmək üçün lazımi şəraiti təmin etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − four =